17,2 milyard manatlıq ÜDM

172-milyard-manatliq-udm
Oxunma sayı: 644

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 51,5 faiz təşkil edib. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3 faiz artması təmin etmiş, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4 faiz, informasiya və rabitə xidmətlərində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz artıb.

ÜDM-in 51,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,0 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətləri sektorunda, 12,7 faizi sosial və digər xidmət sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.