18 dərəcə isti olacaq

18-derece-isti-olacaq
Oxunma sayı: 1352


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.  Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.