18 dərəcə isti və külək...

18-derece-isti-ve-kulek
Oxunma sayı: 1050


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5,  gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.