18 evdən oğurluq etdilər - Foto

18-evden-ogurluq-etdiler
Oxunma sayı: 1477

Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.