18 il oxşarının yerinə həbsdə qaldı - Fotolar

18-il-oxsarinin-yerine-hebsde-qaldi
Oxunma sayı: 811

ABŞ-ın Kanzas ştatından tragikomik hadisə baş verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 1999-cu ildə Kanzasda silahlı soyğunla bağlı polis Riçard Antoni Cons adlı birini həbs edir.

Lakin, o, heç bir ittihamı qəbul etmir və cinayət törətmədiyini sübut etməyə çalışır. Onun bu cəhdləri isə faydasız qalır və 19 il həbs cəzası verilir.

Əsl cinayətkar isə 18 il sonra tapılır. Həmin şəxs Riçard Antoni Consa o qədər bənzəyir ki, polislər də təəccüblü qalır. Məlum olur ki, Cons cinayətkara oxşadığı üçün boş yerə 18 il həbsdə qalıb.

Məhkəmənin qərarı ilə Cons azadlığa buraxılıb.