“18 söz dedi və ayrıldı” - - Keçmiş first ledi

18-soz-dedi-ve-ayrildi-
Oxunma sayı: 2088


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Fransa prezidentinin xəyanət edib, daha sonra ayrıldığı həyat yoldaşı Trierveyler "Le Parisien " jurnalına bitən evliliyi  haqqında verdiyi açıqlamada əsəbi və çaşqınlıq içərisində olduğunu, prezidentlə yaşadıqları haqda kitab yazmaq istədiyini bildirib. 

Ollandın ayrılıq açıqlamasının nəzakətsiz olduğunu bildirən keçmiş birinci xanım "Mən normal bir həyat sürməyi seçərdim. Bəlkə o zaman hələ birlikdə olardıq. 18 söz, yəni prezident seçkisindən bu yana birlikdə olduğumuz hər ay üçün bir dənə söz istifadə etdi və ayrıldı" deyərək ümidlərinin boşa çıxdığını bildirib. 

"First lady" olduğu vaxtda planlanmış Hindistan gəzintisinə gedəcək Trierveyler başlayacağı yeni həyatını "Siyasət dünyasından və etibarsızlıqdan uzaqda azadlığa dönüş" deyə təsvir edib.

Qeyd edək ki, daha əvvəlki evliliyindən üç uşaq sahibi olan keçmiş birinci xanım prezdentin xəyanətini öyrəndikdən sonra xəstəxanaya yerləşdirilmişdi.