Gəncədə bıçaqlanma olub.
"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 2000-cı il təvəllüdlü Cəfərov Rauf Cabir oğlu bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin kafi olduğu bildirilir. R.Cəfərovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Daha bir bıçaqlanma hadisəsi isə Şamaxıda baş verib.
Əliheydər Qarayev küçəsindəki 9 saylı mənzildə yaşayan 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu bu gün axşam saat 23:00 radələrində qarın nahiyəsindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, hazırda cərrahiyyə şöbəsində əməliyyat olunur. Xəstənin vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər