18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib.
Bundan əlavə, erkən nikah hallarının qarşısının alınması üçün mövcud cəza tədbirlərinin tətbiq olunması; xüsusilə sosial cəhətdən əlverişsiz ailələrdə qızların təhsilinə dəstək üçün sosial tədbirlərin gücləndirilməsi; erkən nikah halları və erkən nikahların fəsadları haqqında məlumatlandırma tədbirlərinin genişləndirilməsi təklif edilir.
Zaur Mirzə