Ağstafa rayonunda 18 yaşı tamam olmayan 4 hamilə qadın qeydiyyata götürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanası şübhəli halla bağlı özü Ağstafa Rayon Polis Şöbəsinə məktubla müraciət edib və məktubda qeyd olunub ki, rayon sakinləri olan 2002-ci il təvəllüdlü Aidə, 2002-ci il təvəllüdlü Ayşəgül, 2001-ci il təvəllüdlü Məleykə və 2001-ci il təvəllüdlü Ayşə hamilə diaqnozu ilə qeydiyyata alınıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü qızların 17 yaşı hələ tamam olmayıb.
Rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
***
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Mərkəzi Xəstəxanda doğum şöbəsi fəaliyyət göstərir, hamilələrin qeydiyyatı isə qadın məsləhətxanasında aparılır:
"Adları açıqlanan hamilələr kənd həkim və tibb məntəqələrində qeydiyyata götürülb. Yaşları risk qrupunda olduğu üçü daim nəzarətdədirlər. Hamiləlikləri isə hələ yenidir".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər