18 yaşlı braziliyalı model koronavirusdan öldü - Fotolar

18-yasli-braziliyali-model-koronavirusdan-oldu
Oxunma sayı: 5236

Braziliyada yaşayan 18 yaşlı tanınmış gənc model Valentina Boskardin Mendes koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, San-Paulo şəhərində yaşayan model hər iki doza vaksindən sonra koronavirusa yoluxub. Valentina xəstəxanaya yerləşdirildikdən sonra onda pnevmoniya yaranıb və ölümcül tromboz və ya qan laxtalanmasından əziyyət çəkib. 

Modelin anası qızının sağlam olduğunu, qəfil halının pisləşdiyini bildirib.