18 yaşlı futbolçu məşq zamanı öldü

18-yasli-futbolcu-mesq-zamani-oldu
Oxunma sayı: 1635

Macarıstan 3-cü liqa təmsilçisi “Andraşid” klubunun 18 yaşlı futbolçusu Heqedüs Viktor Marsel vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, məşq zamanı huşunu itirən gənc oyunçu yerə yıxılıb. 

Komanda yoldaşları və məşqçilər onu ürək masajı ilə stabil vəziyyətə gətirməyə çalışsa da, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.