18 yaşlı gənc Mingəçevir su anbarında boğuldu

18-yasli-genc-mingecevir-su-anbarinda-boguldu
Oxunma sayı: 1268

Mingəçevir su anbarında boğulma hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin su anbarında batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.