Bərdədə 5 iyun tarixində Kür çayında batan gəncin meyiti 11 gün sonra tapılıb.
"Qafqazinfo"nun məlumatına görə, həmin vaxt Mirizadə Röyal Rafiq oğlu Kürün Bərdə rayon Nazırlı kəndindən keçən hissəsində çimərkən boğulub.
Ötən gün 18 yaşlı gəncin meyiti çayın Bərdənin Qılıclı kəndindən keçən hissəsində FHN-nin xilasediciləri tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər