18 yaşlı gəncin telefonunu alıb qaçdı, saxlanıldı

18-yasli-gencin-telefonunu-alib-qacdi-saxlanildi
Oxunma sayı: 846

Bakıda 18 yaşlı gəncin telefonunu alıb qaçan şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 30-da F.Yusifov küçəsində saat 16:50 radələrində naməlum şəxs Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunan, Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tutulub.

Qeyd edək ki, paytaxt polisi fevralın 1-i və 2-si tarixlərində 21 cinayətin üstünü açıb. Şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.