18 yaşlı oğlan özünü yandırıb

18-yasli-oglan-ozunu-yandirib
Oxunma sayı: 2392

Gəncə sakini ağır yanıq xəsarəti alıb.

“Qafqazinfo” APA-ya istinadən  xəbər verir ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99% yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədi ilə üzərinə benzin tökərək alışdırıb.

Faktla bağlı araşdırma aparılır.