Bakıda şantajla gənc oğlandan xeyli miqdarda pul alan şəxslə bağlı araşdırma aparılır.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan 18 yaşlı Muxtar Qurbanov şantajın qurbanı olub. Martın 15-dən aprelin 20-dək olan müddət ərzində Yusif adlı şəxs ona hədə-qorxu gələrək 8000 manat pulunu alıb.
Müraciət əsasında araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər