18 yaşlı oğlanı qatar vurdu

18-yasli-oglani-qatar-vurdu
Oxunma sayı: 722

Gəncədə 18 yaşlı oğlanı qatar vurub.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini 18 yaşlı Kazım Babayev dəmiryol xəttini keçən zaman hərəkətdə olan elektrovoz onu vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.