18 yaşlı oğru tutuldu- - Sumqayıtda+Video

18-yasli-ogru-tutuldu-
Oxunma sayı: 1801


“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, zərərçəkən ərizəsində bildirib ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər onun mənzilinə daxil olaraq 2230 manat miqdarında qızıl-zinət əşyalarını və 1100 manat nəğd pulunu oğurlayıblar. 18 yaşlı Teymur Şiraslan oğlu Həmzəyevi polislər evinə gələrək həbs ediblər.

Teymur Həmzəyev əldə etdiyi qızılları dəyər-dəyməzinə satsa da, oğurluq mallar  müsadirə olunub. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.