18 yaşlı qız küçədə huşsuz halda tapıldı - Foto

18 yaşlı qız küçədə huşsuz halda tapıldı
Oxunma sayı: 2537

Beyləqan rayonunda 18 yaşlı qız küçədən huşsuz vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onu rayonun Kəbirli kənd sakinləri aşkarlayıblar. 

Tapılan qızın sözügedən kəndə yad olduğu, onu yerli sakinlərdən heç kimin tanımadığı bildirilir.

Gənc qız Rayon Polis Şöbəsinə təhvil verilib.

***

Huşsuz vəziyyətdə tapılan qızın şəxsiyyəti müəyyən olunub. Onun 2001-ci il təvəllüdlü, Beyləqan rayonu, Yuxarı Aran kənd sakini Quliyeva Aygün Mehman qızı olduğu bəlli olub.

A.Quliyevanın həmçinin qıçında və çanağında sınıqlar aşkar edilib, hazırda komadadır. Buna görə Bakıdan mütəxəssislər dəvət olunub.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi