18 yaşlı sürücü iki piyadanı vurdu - Azyaşlı öldü

18-yasli-surucu-iki-piyadani-vurdu
Oxunma sayı: 4103

Bakının Xətai rayonunda 18 yaşlı sürücü iki piyadanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə general Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Sürücü Kənan Rzazadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30 yaşlı Ruhiyyə Tarverdiyeva və 3 yaşlı Seymur Məmmədlini vurub. Qadının həyatını xilas etmək mümkün olsa da, ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.