181 ədəd partlamamış hərbi sursat tapıldı

181-eded-partlamamis-herbi-sursat-tapildi
Oxunma sayı: 1310

ANAMA Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, rayonun Saloğlu qəsəbəsi – Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat (47 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.