19 il axtarışda olan azərbaycanlı Bakıya qaçarkən yaxalandı

19-il-axtarisda-olan-azerbaycanli-bakiya-qacarken-yaxalandi
Oxunma sayı: 707

Rusiyanın Yekaterinburq şəhər aeroportunda 39 yaşlı Azərbaycan vətəndaşı yaxalanıb.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, o 19 il axtarışda olub.
 
Yekaterinburqdan Bakıya uçmaq istəyən şəxsin Stavropol diyarında “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olduğu məlum olub.