“19 il sonra ana olub...” - Məşhur ginekoloqla görüşdən video

19-il-sonra-ana-olub
Oxunma sayı: 8254

Dünən tanınmış cərrah mama-ginekoloq Elmira Əhmədova xəstələri ilə görüşüb.  “Qafqazinfo” xəbər verir ki, o, 12 ildir çalışdığı müddətdə sonsuzluğa qalib gələn analarla bir araya gəlib.  

Tədbir milli rəqs qrupunun çıxışı ilə başlayıb, daha sonra Vüsalə Əlizadə aparıcılıq missiyasını öz üzərinə götürərək görüş barədə məlumat verib. Daha sonra E. Əhmədova yığıncaqda iştirak edən bütün xəstələrini salamlayıb. Mama-ginekoloq qeyd edib ki, bu gün eyni zamanda qızı Esmiranın doğum günüdür. O, bu gözəl günü övlad sevinci yaşayan bütün xanımlarla birgə keçirmək istədiyini qeyd edib:

“Bu gün həm də qızım Esmiranın ad günündür. Fikirləşdim ki, onları mən ana olduğum günü bir araya toplayım. Düzdü, xəstələrimə deməmişdim ki, qızımın doğum günüdür. Onlar buraya gələndə doğum günündən xəbərdar olublar”. 

Tanınmış cərrah “Qafqazinfo”ya tədbir barədə qısa məlumat verib: “Bu gün istədim ki, müayinə etdiyim xəstələrimin bir hissəsi ilə görüşüm. Kimin üzərində olan "sonsuz" adını götürmüşəmsə, onlar buradadır. Bu xanımlara sonsuzluq diaqnozu qoyulmuşdu, ancaq müalicəm nəticəsində həmin xanımlar hamilə qalıb ana oldular. İndi onlar öz övladları ilə buradadır. Samirə xanım var ki, 17 ildir körpəsi dünyaya gəlməyib, sonsuzluqdan əziyyət çəkib. İndi isə qızı dünyaya gəlib və körpəyə mənim adımı veriblər, yəni Elmira qoyublar. Digər pasiyentim 19 ildən sonra ana olub, qızı doğulub. 10, 13, 8 il uşaqları olmayan insanlar müalicəm sayəsində valideyn olublar. Mən xəstələrimi sevirəm”.

Bundan əlavə, cərrah mama-ginekoloq Azərbaycanda aktual olan sonsuzluq problemindən danışıb:“Azərbaycanda sonsuzluq problemi həddindən artıq çox artır. Xanım ailə həyatı qurursa, ana olmaq istədiyi halda, hamilə qala bilmirsə, artıq həkimə müraciət etməlidir. Burdan bütün analara müraciət edirəm. Qızlarınızı ailə qurmamışdan əvvəl həkimə aparın, müalicə edin ki, daha sonra hər şey rahat olsun. Arzu edirəm ki, hər kəsin evindən uşaq səsi gəlsin”.

Bu məqamda bildirək ki, Elmira Əhmədova Modern Hospital və Baku Medical Plazada çalışır.  O, Qazaxıstanda dünyaya gəlib, orada təhsil alıb və iki il çalışıb.  Ginekoloq ailə qurub və Azərbaycana köçüb, 12 ildir cərrah kimi çalışır. E. Əhmədova sonsuzluq, təbii doğuş, qeysəriyyə, riskli hamiləlik, hormonal problemlərin aradan qaldırılması mövzularında peşəkardır. 

İnstagram: @dr_elmira_ahmedova

Əlaqə: (+994) 050 824-12-44