1,9 milyard kilovatsaatdan artıq elektrik...

19-milyard-kilovatsaatdan-artiq-elektrik
Oxunma sayı: 742

Fevral ayında ölkə enerji sistemində 1,9 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Cari ilin ötən 2 ayı ərzində isə 4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.