19 yaşlı gənc kanalda batdı

19-yasli-genc-kanalda-batdi
Oxunma sayı: 1030


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Beyləqan rayonunun Mahmudlu-1 kəndinin 19 yaşlı sakini Əmrah Adəm oğlu Məmmədov iyulun 14-də Füzuli rayonunun Əmirzənli kəndinin ərazisindəki suvarma kanalında çimərkən boğulub.

Mərhumun cəsədi bu gün günorta saatlarında FHN-in dalğıcları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırmalara başlanıb.