Xəbər verdiyimiz kimi, 19 yaşlı İsmayıllı rayon sakinləri Mayılova Aytac və həmyaşıdı Xəlilov Ağaverdi eyni gündə itkin düşüblər.
Artıq bir aydan çoxdur ki, onların axtarışları davam edir.
Məsələnin təfərrüatları ilə bağlı Baku TV gənclərin valideynləri ilə ünsiyyətdə olub.
Aytacın atası Hikmət Mayılov qızının hansı şəraitdə itkin düşməsindən xəbərsiz olduğunu deyib.
Oğlanın atası Tofiq Xəlilov isə bildirib ki, oğlu Aytacla İsmayıllı Dövlət Texnologiya Kollecində oxuyan zaman tanış olub:
“Ağaverdi axşam bizimlə yemək yeyib, sonra isə gecə saat 3-4 radələrində qızı götürüb üzü Bakı istiqamətində gedib.
Axşam oğluma dedim ki, get yat, səhər işə gedəcəyik, səhər anasına söylədim, onu oyat, o, da gedib görüb ki, yerində yoxdu. Qaçırdıb əcəb edib, götürsün gəlsin evə, niyə kiməsə möhtac olur? Kişi qız qaçırdar”.
Atası bildirib ki, Ağaverdi evdən getdikdən sonra isə onun ən yaxın sirdaşlarından biri olan dayısı avtomobil qəzasında dünyasını dəyişib.
***
İsmayıllıda itkin düşən Ağaverdi Xəlilov və Aytac Mayılovanın təhsil aldıqları kollecdən intizamsızlığa görə qovulmaları ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən məlumat tamamilə yanlışdır.
Xəlilov Ağaverdi Tofiq oğlu və Mayılova Aytac Hikmət qızı adlı şəxslər İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olunmayıblar.
Həmçinin, iddia edilib ki, hər iki gənc oxuduqları kollecdən xaric edilib.
Son xəbərlər
Son Xəbərlər