19 yaşlı oğlan qohumunu bıçaqladı

19-yasli-oglan-qohumunu-bicaqladi
Oxunma sayı: 1557

Bakıda 19 yaşlı oğlan qohumunu bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü Cavid Quluzadə qarnından aldığı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, onu yaxın qohumu, 2002-ci il təvəllüdlü Fərid Zəkəliyev bıçaqlayıb. Həmin şəxs tutulub, faktla bağlı cinayət işi başlanılıb.

Murad Əhməd