19 yaşlı oğlan Xaçınçayda batdı

19-yasli-oglan-xacincayda-batdi
Oxunma sayı: 1474

Bərdədə 19 yaşlı oğlan çayda batıb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 18 radələrində rayon sakini, 2004-cü il təvəllüdlü Hüseyn Həsənov Xaçınçayda çimərkən suda boğulub. Hadisə zamanı yaxınlıqda olan qohumları Hüseyni xilas etməyə çalışsalar da, o boğularaq dünyasını dəyişib.

Gənc oğlanın meyiti sudan çıxarılaraq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.