“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, bu haqda informasiyanı Mingəçevir şəhər polis şöbəsi yayıb.
Xəbərdə deyilir ki, 19 yaşli Süleymanova Nuranə Xəzri qızının əlamətləri belədir: Boyu 167 sm, orta bədən quruluşlu, ağbəniz, gözləri qara və saçları qara rəngdədir.
Evdən çıxarkən onun əynində qara rəngli idman şalvarı, qara rəngli kofta, ayağında isə eyni rəngli ayaqqabı olub.
Odur ki, Süleymanova Nuranə Xəzri qızını görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 024-27-5-33-96, 024-27-5-26-04 şəhər, 070-203-04-03, 055-254-77-70 mobil nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər