19 yaşlı şəhid Şəmkirdə dəfn olundu - Foto

19-yasli-sehid-semkirde-defn-olundu
Oxunma sayı: 5830

Aprelin2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatının qarşısını alrkən qəhrəmancasına şəhid olan əsgərlərimizdən biri də Şəmkir rayon Düyərli kənd sakini, 1997-ci il təvəllüdlü Dəmirli Altun Fərman oğludur.

”Qafqazinfo” xəbər verir ki, 19 yaşlı şəhid bu gün Şəmkir rayonunda dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə birlikdə rayon ictimaiyyəti də iştirak edib.