“190 manat iyun və iyulda da verilsin”

190-manat-iyun-ve-iyulda-da-verilsin
Oxunma sayı: 17831

"Aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi:

"Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik. Buna görə də, pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

Günel Türksoy