Ötən həftə Ukraynada vurulan Malaziya hava limanına məxsus “Boeing 777” təyyarəsində 193 vətəndaşını itirən Hollandiyada hələ də matəmdir.
“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu münasibətlə ölkənin müxtəlif yerlərində anım mərasimləri keçirilir. Hava limanının önündə təşkil edilən mərasimdə insanlar həmvətənlərinin, qohumlarının ruhuna dualar oxuyur, oyuncaqlar, güllər qoyaraq onların xatirələrini anırlar.
Qeyd edək ki, bu gün “Boeing 777” təyyarəsində ölən sərnişinlərin meyitlərinin olduğu ilk təyyarə Niderlanda yola düşəcək.
Meyitlər Hollandiyada yerləşən “Holversum” hərbi bazasına aparılacaq. Burada meyitlərin tanınması proseduru keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər