197 nəfər Azərbaycan vətəndaşı Kiyevdən Bakıya gətirildi - Fotolar

197-nefer-azerbaycan-vetendasi-kiyevden-bakiya-getirildi
Oxunma sayı: 2714

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

AZAL-dan "Qafqazinfo"ya verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.