“Qafqazinfo”nun xəbərinə görə, TQDK-nın Şəki regional bölməsindən AzərTAc-a bildiriblər ki, budəfəki imtahanlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından 1985 abituriyentin iştirakı nəzərdə tutulub. Bu abituriyentlər Şəki şəhərində imtahan verəcəklər.
İmtahanlar Şəki şəhərindəki 8, 12 və 20 saylı tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunacaq.
Tədbirin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb.
İmtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 162 nəzarətçi-müəllim cəlb ediləcək.
Son xəbərlər
Son Xəbərlər