2 avtomobil toqquşdu, kafenin hasarı uçdu

2-avtomobil-toqqusdu-kafenin-hasari-ucdu
Oxunma sayı: 1554

Şabran rayonun Ağalıq kəndində qəza törədən avtomobillər yol kənarındakı kafenin hasarını aşırıb, obyektin ərazisinə girib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Xaçmaz-Bakı yolunun Şabran rayonunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisədə “QAZel” və “Mercedes” markalı avtomobillər toqquşub və zərbədən yol kənarındakı kafenin hasarını zədələyərək onun ərazisinə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu