“2 aydan sonra heyvanın xəstə olduğunu deyir”

2-aydan-sonra-heyvanin-xeste-oldugunu-deyir
Oxunma sayı: 1805

"Heyvanlar vətəndaşlara baytarlıq arayışı və vətəndaş aktı tərtib olunduqdan sonra  təqdim olunur". “Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Nazir bidirib ki, vətəndaş heyvanı alan zaman  özü imzası ilə heyvanın qənaətbəxş olduğunu təsdiq edir. Baytarlıq aktı təqdim olunur, elə onların yanında fotolar çəkilir. Vətəndaş aktına əsasən də biz podratçı şirkətlərə ödəmələri həyata keçiririk. 

“Vətəndaş iki aydan sonra heyvanın xəstə olduğunu deyir. Araşdırırıq ki, ya heyvana yaxşı baxılmayıb, ya da kı vətəndaş aldığı birkalı heyvanı sonradan dəyişdirir və deyir ki, xəstədir.

İndiyə kimi 30 min iri və xırdabuynuzlu heyvan paylanılıb. Bu canlı heyvandı, müəyyən fərqlər olacaq. Ancaq xəstə olması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. 

Noyabr-dekabr aylarında bütün şikayətlər araşdırılıb və həqiqətən keyfiyyəti aşağı olan heyvanlar dəyişdirilib və müvafiq məşğulluq mərkəzlərinə töhmət verilib. Ümumi 200-ə yaxın heyvan dəyişdirilib ki, bu da ümumi hesabın heç 1 faizi etmir”. 

Nazir heyvanların yüksək qiymətlərə alınması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Mətbuatda heyvanların 5 minə alındığı deyilir, yanlışdır. Bir heyvan üçün ayrılmış məbləğ  bütün vergilər, dövlət rüsumu, daşınma, baytarlıq yoxlanışı daxil olmaqla 1800 manatdan yuxarı deyil. 1300-1400 manata alınan heyvanlardır. Heç bir podratçı şirkətə yüksək qiymətlər ödənmir. Satınalmalarda qiymət artımına yol verilməyib. Keçən ildən daha ucuz alınıb. Bəzən müraciətlər araşdırılan zaman məlum olur ki, vətəndaşın sosial rifahı yaxşıdır. 800 belə müraciət olub ki, heyvan verilməyib”.

Nazirin sözlərinə görə, bu ayın sonundan etibarən məşğulluq alt sistemi işə düşür: “Bu proqrama müraciət edən şəxslərin hər birinin elektron kabineti olacaq. Bu kabinetdə bütün zəncir dövrlərində baş verən proseslər əks olunacaq. Vətəndaşlardan razılıq alacağıq ki, onlar məlumatlarının paylaşılmasına razı olsunlar. Biz bu imkanı yaratdıq ki, media nümayənədələri bizə sorğu etmədən belə təqdim olunan aktivə baxa biləcək. Bu təşəbbüs bizimdir”.

Günel Hacı