2-ci dəfə ana olmasını hər kəsdən gizlətdi - Fotolar

2-ci dəfə ana olmasını hər kəsdən gizlətdi
Oxunma sayı: 2354

“Karib dənizinin quldurları” filminin ulduzu, məşhur İngiltərə aktrisası Kira Naytli ikinci dəfə ana olub. “Qafqazinfo” bildirir ki, bu barədə Britaniya tabloidləri xəbər verib.

Həyat yoldaşı, “Klaxons” qrupunun musiqiçisi Ceyms Rayton və övladları ilə bərabər gəzintiyə çıxan aktrisa paparazzi kameralarına tuş gəlib. Jurnalistlər onun övladının nə cinsini, nə də doğum tarixi və yerini müəyyən edə bilməyib.

Kiranın hamilə olması hələ bu ilin mayında məlum olsa da, o, ana olmasını ictimaiyyətdən gizlədə bilmişdi. 

Qeyd edək ki, 2013-cü ildə ailə həyatı quran cütlüyün 2014-cü il doğumlu Eddi adlı qız övladı da var. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi