2-ci dəfə Britaniyanın ən yaxşı qadın ifaçısı seçildi

2-ci-defe-britaniyanin-en-yaxsi-qadin-ifacisi-secildi
Oxunma sayı: 2867

Pop müğənni Dua Lipa ikinci dəfə “Ən yaxşı britaniyalı solo qadın ifaçısı” nominasiyasında “BRIT Awards” mükafatına layiq görülüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Londonun “O2 Arena” stadionunun səhnəsindən elan edilib.

Dua Lipanın rəqibləri “İlin sıçrayışı” kateqoriyasında mükafata layiq görülən Arlo Parks, Celeste (əsl adı- Seleste Ueyt), Cessi Uer və Liann La Havas olub. Daha əvvəl 25 yaşlı müğənni üç dəfə “BRIT Awards” mükafatının laureatı olub, o cümlədən 2017-ci ildə Böyük Britaniyanın ən yaxşı ifaçısı kimi.

Bundan başqa, onun “Future Nostalgia” albomu Britaniyanın ən yaxşı plastinkası seçilib.

“Ən yaxşı britaniyalı solo kişi ifaçısı” kateqoriyasında reper J Hus (əsl adı- Momodu Cellou), “Ən yaxşı britaniyalı qrup” nominasiyasında Little Mix pop triosu qalib gəlib, ən yaxşı Britaniya mahnısı isə Harri Staylsın “Watermelon Sugar” kompozisiyası seçilib.