2 dəqiqə öncə meydana daxil olub qələbə qolunu vurdu

2-deqiqe-once-meydana-daxil-olub-qelebe-qolunu-vurdu
Oxunma sayı: 11516

Xəbər verdiyimiz kimi, Avropa çempionatının qrup mərhələsinin ilk turuna Portuqaliya – Çexiya oyunu ilə yekun vurulub. Matç Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmada Portuqaliyanın qələbə qolunun müəllifi 21 yaşlı Francisco Konseysao olub. 

Maraqlıdır ki, o, yaşıl meydana cəmi 2 dəqiqə öncə daxil olaraq 90+1-ci dəqiqədə fərqlənib.