“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər