2 ev yandı

2-ev-yandi
Oxunma sayı: 882

Samuxda və Goranboyda yanğın olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxində 10 kv.m sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:36-da söndürülüb.

Trend-in məlumatına görə, Goranboy rayonu, Safikürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:50-də söndürülüb.