2 gəmi batıb - 245 miqrant itkin düşüb

2-gemi-batib
Oxunma sayı: 786

Aralıq dənizində 295 miqrantı aparan 2 gəmi batıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, gəmilərin batması nəticəsində 245 nəfər həlak olub və ya itkin düşüb. Gəmilərdən yalnız 50 nəfəri xilas etmək mümkün olub.

BMT-nin qaçqınlarla işlər üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi deyib ki, 2017-ci ilin əvvəlindən Aralıq dənizi ilə Avropaya keçmək istəyən 1300-dən çox miqrant həlak olub.