2 gün əvvəl əməliyyat edilən uşaq öldü

2-gun-evvel-emeliyyat-edilen-usaq-oldu
Oxunma sayı: 2734

Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 7 yaşlı oğlan ölüb.

“Qafqazinfo” xəbər verir ki, fevralın 5-də rayon sakini, 2017-ci il təvəllüdlü Cəlilli Vasif Anar oğlu yaşadığı evdə aldığı xəsarətlərlə xəstəxanaya gətirilib. Tibb müəssisəsində əməliyyat edilən uşaq fevralın 7-də saat 22:30 radələrində vəfat edib.

Bildirilib ki, vəfat edən azyaşlı anadangəlmə epilepsiya xəstəsi olub. O, evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıbmış.

Xəbəri rus dilində oxuyun: Избиратель скончался во время голосования

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında ayaq barmağından əməliyyat edilən xəstəxananın texniki də vəfat etmişdi.