2 günə 81 terrorçu məhv edildi -

2-gune-81-terrorcu-mehv-edildi-
Oxunma sayı: 734


“Qafqazinfo” xəbər verir ki, Əfqanıstan sərhədində, Şaval Vadisindəki sığınacaqlara təşkil edilən hava əməliyyatında 18 Taliban üzvünün zərərziləşdirildiyi açıqlanıb. Bununla da iki gündə öldürülən terrorçuların sayı 81-ə çatıb.

Qeyd edək ki, Pakistanda iki gün əvvəl Atto bölgəsində, aralarında Pəncab Əyaləti Daxili İşlər naziri Şuja Hanzadenin də olduğu 17 nəfərin ölümünə səbəb olan intihar hücumu təşkil edilmişdi.

Hücumun ardından Pakistan ordusu Şaval Vadisinə əməliyyat başlatmış və ötən iki gündə 63 Talibançının öldürüldüyü açıqlanmışdı.

“Qafqazinfo”