Kanadanın Alberta əyalətində iki həftə əvvəl başlayan yanğın neft əldə edilən qatranlı qum meydançalarına qədər yayılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, itikilərin qarşısını almaq məqsədilə qatranlı qum meydançalarından təxminən 600 işçi azad edilib. Təxminən 4 min fəhləyə isə təxliyyəyə hazır olmaları barədə xəbərdarlıq göndərilib.
Qeyd edək ki, 2 həftədir başlayan və hələ də davam edən yanğınlar nəticəsində 80 min nəfər təhlükəli ərazilərdən təxliyə edilib.
Son xəbərlər
Son Xəbərlər