“2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, amma...”

2-il-erzinde-azerbaycana-gelmeyeceksiniz-amma
Oxunma sayı: 1564


“Qafqazinfo” nun  məlumata görə, bunu Avropa Şurası Aprlament Assambleyasının (AŞPA) Daimi komitəsinin iclasında xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov söyləyib. 

Elar Məmmədyarov münaqişələrin həllində insanlar arasında təmasların artmasının da rol oynadığını bildirib: “Digər tərəfdən, iqtisadi inkişaf, sosial rifah da zəruridir. Ancaq münaqişlələrin həli üçün priniplərə sadiq qalmaq lazımdır”.  

Sonda Elmar Məmmədyarov AŞ PA prezidenti Anna Brassör və AŞ PA-nın digər üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib: “Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞ PA-nın tədbirləri keçirilməyəcək. Ancaq AŞ PA üzvlərini və sizi Azərbaycana dəvət edirəm”. 

Anna Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: “Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm”.

***

“Ermənistan Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icmaları arasında əlaqlərin yaradılmasından imtina edir”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri  Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib. O, bildirib ki, bu heç də uzaqgörüşlü yanaşma deyil. “İki ölkə bir-birinə çox yaxındır, amma realist şəkildə yanaşsaq, bu yaxınlaşmanın olması mühim əhəmiyyət kəsb edir. Çünki bu imkan verir ki, yavaş-yavaş münaqişənin çıxış yolunu tapa və ümumiyyətlə problem həlli yolunu müəyyən edə biləsiniz. Biz hamımız qəbul etməliyik ki, hətta dünya dəyişməyə başlasa da, prinsiplər qorunub saxlanılmalıdır”. 

Nazir həmçinin qeyd edib ki, BMT və Helsinkidə qəbul olunan prinsiplər dəyişdirilməməli və hamı eyni nöqtədən çıxış etməlidir. “İnsanlar arasında məlumatlılığın artırılması, şüurun inkişaf etdirilməsi məsələlərinə dəstək gözləyirik. Bu, birtərəfli proses deyil. Bu hərtərəfli və mürəkkəb yanaşmadır. Ən vacib elementlər prinsiplərə və görüşlərə sadiq qalmaqdır. Bütövlükdə məsələnin həlli üçün prinsiplərə sadiq qalmalıyıq. Təəssüflər olsun ki, münaqişənin həllində və digər məsələlərdə ikili standartlar mövcuddur”.

Günel