Türkiyə bu tarixdə NATO sammitinə ev sahibliyi edəcək

turkiye-bu-tarixde-nato-sammitine-ev-sahibliyi-edecek
Oxunma sayı: 2670

NATO-nun 2026-cı ildə keçiriləcək sammitinə Türkiyə ev sahibliyi edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO-nun yekun bəyannaməsində qeyd edilib.

Bildirilib ki, NATO-nun növbəti sammiti 2025-ci ildə Niderlandda keçiriləcək, lakin sonrakı il tədbirə Türkiyə ev sahibliyi edəcək:

“Biz 2025-ci ildə Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda yenidən görüşməyi, sonra isə Türkiyədə yenidən görüşməyi səbirsizliklə gözləyirik”.