2 maşın toqquşdu, sərnişin öldü

2-masin-toqqusdu-sernisin-oldu
Oxunma sayı: 2353

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 28-də saat 18 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub. 

Nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib. 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.