2 maşın toqquşdu, sürücü öldü

2-masin-toqqusdu-surucu-oldu
Oxunma sayı: 1267

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 7-də saat 17 radələrində qeydə alınıb. 

Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə M.Abdullayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.