2 mərtəbəli binada yanğın -

2-mertebeli-binada-yangin-
Oxunma sayı: 735


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zərdab şəhərində vətəndaşa məxsus hal-hazırda istismara yararsız  ümumi sahəsi  442 kv.m olan 2 mərtəbəli  binanın 1-ci  mərtəbəsinin yanar konstruksiyaları və içərisində yığılmış məişət tullantıları  150 kv.m sahədə yanıb. Binanın  qalan hissəsi  yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Qafqazinfo”